Sürücülük vəsiqələrinin verilməsində şəffaflıq nə zaman olacaq? — AÇIQLAMA

SOSİAL 11 iyn 2021, 14:08
"Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisini vəzifəsindən azad edilməsi ilə yol polisi sistemindəki problemlərin aradan qaldırılacağını hesab etmirəm. Əgər kimsə vəzifəyə gələndə şirniklənib korrupsiyaya meyil edirsə, deməli, yanaşmanı dəyişmək lazımdır".

Bunu Pravda.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.



Partiya sədri bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsində kifayət qədər problemlər var: "Ümumiyyətlə, istənilən dövlət qurumunda, istər Səhiyyə Nazirliyi olsun, istərsə də Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, hətta mövcud olması lazım olmayan nazirliklərdə belə rüşvət və korrupsiya hallarına rast gəlinir. Bununla bağlı daimi şəkildə və təcili olaraq mübarizə aparmaq lazımdır. Son zamanlar korrupsiya halları ilə bağlı mübarizə tədbirlərinə başlanılsa da, təəssüflər olsun ki, bu, sonradan əhəmiyyətini itirdi və heç bir aiddiyatı olmayan insanlar korrupsiyaya görə həbs olunmağa başladı. Hazırda daha çox gündəmdə olan sürücülük vəsiqələrinin verilməsi və avtomobillərin texniki baxışdan keçməsi də elə bu tendensiyanın tərkib hissəsidir. Qeyd edim ki, Azərbaycanda texniki baxış anlayışının özü belə anlaşılan deyil. Varlıların avtomobilləri yeni olduğu üçün texnika baxışa ehtiyacı olmur və köhnələr isə, əlbəttə ki, kasıblarındır. Dolayısı ilə belə qənaətə gəlmək olur ki, texniki baxış, ümumiyyətlə, mənasız prosedurdur. Ondansa avtomobillərə tətbiq olunan dövlət rüsumları aşağı salınsın ki, vətəndaşlar eyni qiymətə daha yeni avtomobillər ala bilsinlər".

Qeyd: Vətəndaşlar sürücülük vəsiqələrinin verilməsi və texniki baxış zamanı rüşvət tələb olunduğunu iddia edirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top