Ərdoğan Makron arasında Qarabağı müzakirəsi


QARABAĞ 11 iyn 2021, 00:18
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livanda yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Fransa rəhbəri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", - deyə Makron bildirib. "Bizim dərin fərqlərimiz var, bunları bilirik, amma inanıram ki, dialoq aparmaq lazımdır", - Fransa rəhbəri deyib.

O, qeyd edib ki, türkiyəli həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, Suriyada, Liviyada yaranmış vəziyyət barədə danışmaq istəyir. Makron həmçinin NATO-dakı əməkdaşlıq və müttəfiqlər arasındakı münasibətlərdə davranış qaydalarını müzakirə etmək niyyətində olduğunu xəbər verib.

"Fərqlərimizə baxmayaraq, ciddi gündəliyə ehtiyacımız var", - Makron əlavə edib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top