Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı artdı

QARABAĞ 10 iyn 2021, 23:52
İşğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında daha dörd erməni hərbçisinin qalıqları tapılıb.

Demokrat.az
“Sputnik Armeniya”ya istinadla xəbər verir ki, meyitləri tapılanlar Qarabağdakı döyüş əməliyyatlarında iştirak ediblər. 

Hələlik onların şəxsiyyətləri müəyyənləşdirilməyib. Bunun üçün məhkəmə ekspertizası olacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1567 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top