"Monitorinqlərdə bir çox keyfiyyətsiz sayılan məsələlərlə rastlaşdıq"

SOSİAL 10 iyn 2021, 20:34
“Son həftələrdə təxminən 24 məktəbdə monitorinqlər keçirdik. Bu, öyrənmə prosesini ölçmə ilə bağlı idi. Məqsədimiz o idi ki, biz başa düşək ki, məktəblərdə uşaqlar necə öyrənir”. 

Demokrat.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

“Keyfiyyətsiz sayılan məsələlərlə də rastlaşdıq. Bir çox hallarda təəssüf ki, məktəblərdə müəllimlərin sinfə hazırlıqsız gəlməsinin, dərs prosesində çətinlik çəkməsinin şahidi olduq”, - deyə nazir qeyd edib.

Nazir bildirib ki, monitorinqlər zamanı müşahidə olunan məsələlərlə bağlı addımlar atılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top