“Əsəblərimi cilovlaya bilmədim” — Gənc oğlan arvadına dəhşət yaşatdı

HADİSƏ 10 iyn 2021, 12:47
Bakının Suraxanı rayonunda 1993-cü il təvəllüdlü Seymur arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Seymur Yeni Günəşli qəsəbəsi yarımçıq yataqxananın 2-ci mərtəbəsində yerləşən ünvansız mənzildə arvadı Xəzəngülü birgə nikahdan olan azyaşlı uşaqlarını danlaması səbəbindən aralarında ailə-məişət zəminində mübahisə yaranıb.

Mübahisə zamanı Seymur arvadının bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Seymurun barəsində olan cinayət işi baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, Xəzəngül ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurub: “Birgə nikahdan bizim bir azyaşlı qızımız 2015-ci ildə anadan olub. 2020-ci ildə, təxminən saat 11 radələrində yaşadığımız Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 80 saylı yarımçıq yataqxananın 2-ci mərtəbəsində yerləşən ünvansız mənzildə olduğumuz zamanı arvadım Xəzəngül hər hansı bir əsaslı səbəb olmadan qızımız Zəhranı danladığına görə aramızda mübahisə yarandı. Həmin vaxt əsəblərimi cilovlaya bilmədim, Xəzəngülün bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə qəsdən vurdum. Hadisənin baş verdiyi vaxt yanmızda yalnız azyaşlı qızım Zəhra olub”.

Məhkəmənin hökmü ilə Seymurun barəsində olan cinayət işinin icraatına xitam verilib.

Buna səbəb onun arvadı ilə barışması səbəb olub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top