Ermənistanda koronavirusa yoluxanların sayı 223 460-a çatdı

DÜNYA 10 iyn 2021, 12:24
Ermənistanda son sutkada koronavirusa daha 76 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 460-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 4 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 478-ə yüksəlib.

Koronavirusa yoluxan 214 857 nəfər sağalıb. Hazırda 3 033 pasiyent müalicə olunur.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top