Baş redaktor: "Medianın İnkişafı Agentliyi davamlı və sistemli şəkildə KİV-lərin inkişafına töhfələr verir"


GÜNDƏM 09 iyn 2021, 14:47
Medianın İnkişafı Agentliyi bir neçə gün əvvəl iki layihəyə başladı. Agentlik həm çap və onlayn media üçün layihə, həm də fərdi jurnalist müsabiqəsi elan etdi. Media subyektləri üçün elan edilən layihə nəticəsində qalib gələnlərə maliyyə yardımının edilməsi, fərdi jurnalistlərin müsabiqəsində isə qaliblərə pul mükafatının verilməsi nəzərdə tutulur. 

Layihələrin əhəmiyyəti ilə bağlı Demokrat.az-a danışan "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müsabiqələrin jurnalistlər üçün faydalı olacağını bildirib:

"Düşünürəm ki, Medianın İnkişafı Agentliyi belə müsabiqələrlə yeni yanaşmalar ortaya qoyub. Agentlik indiyə qədər bu cür çox sayda müsabiqələr həyata keçirib. Həm media subyektləri üçün nəzərdə tutulan layihədə, həm də fərdi jurnalistlərin müsabiqəsində kifayət qədər geniş imkanlar yaradılıb. Müsabiqədə iştirak etmək üçün şərtlər sadədir, hər kəsə bərabər şərtlər irəli sürülüb. Hər bir jurnalist müsabiqədə iştirak edə, öz potensialını ortaya qoya bilər". 

Vüqar Rəhimzadə qeyd edib ki, müsabiqələr jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılmasına, sağlam rəqabətin artmasına, inkişafa meyilli olmalarına imkan yaradacaq: 

"Medianın İnkişafı Agentliyi davamlı və sistemli şəkildə bu cür layihələri reallaşdırmaqla, KİV-lərin və jurnalistlərin inkişafına öz töhfələrini verməkdə davam edir".
  
Aygül Qarayeva 
Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:27
26 sen 2021, 17:00
Top