Antonio Quterreş ikinci dəfə BMT Baş katibi postuna tövsiyə edildi

DÜNYA 09 iyn 2021, 00:05
BMT Təhlükəsizlik Şurası (TŞ) Antonio Quterreşin təşkilatın Baş katibi postuna növbəti dəfə seçilməsini yekdilliklə təsdiqləyib.
 
APA "France 24"-ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Yurqenson bildirib.
 
Məlumata görə, məsələ BMT TŞ-nin qapalı keçirilən qısa sessiyasında müzakirə edilib və A.Quterreşin ikinci dəfə təşkilata Baş katib seçilməsi üçün Baş Assambleyaya tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
 
Baş Assambleyada formal təsdiqləmə prosedurlarına tezliklə başlanılması gözlənilir. A.Quterreşin Baş katib postunda ikinci dövründə gündəliyinin əsas istiqamətinin münaqişələrin həlli olacağı bildirilir.
 
Qeyd edək ki, 72 yaşlı portuqaliyalı siyasətçi 2017-ci ildən BMT Baş katibi postundadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top