Ermənistan minalanmış sahələrin xəritələrini versin, hakimiyyət jurnalistləri sığortalasın — ÇAĞIRIŞ

GÜNDƏM 07 iyn 2021, 18:55
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini və işverənləri Kəlbəcərdə həlak olan jurnalistlər Sirac Abışovun və Məhərrəm İbrahimovun işverənlərini vəfat edənlərin ailələrinə layiqli təzminat ödəməyə və gələcəkdə münaqişə zonasına göndərilən bütün jurnalistlərin həyat sığortası ilə təmin etməyə çağırır. 

Qurum həmçinin Ermənistan hakimiyyətini minalanmış sahələrin xəritələrini Azərbaycana təqdim etməyə çağırır.

Son 7 ayda Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğaldan azad edilən ərazilərində 50 nəfər minaya düşüb, onlardan 18 nəfəri vəfat edib.

Son yarım ildə minaların təmizlənməsi nəticəsində təxminən 20 min mina və partlamamış hərbi sursat aşkar etmək mümkün olub, ekspertlərin fikrincə, hələ 100 mindən artıq mina zərərsizləşdirilməyib və minaları tam təmizləmək üçün hələ uzun illər tələb olunacaq.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top