Orxan Məmmədov: “Azərbaycan - Rusiya ticarətinin 90%-ni KOB-lar təmin edir"

SƏNAYE VƏ ENERGETİKA 05 iyn 2021, 20:59
"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır".

Demokrat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qonşu ölkənin mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında böyük ticarət dövriyyəsi var və bunun 90%-ni kiçik və orta biznes (KOB) subyektləri təmin edir.

"Biz KOBİA olaraq Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Birliyi (“Opora Rossii”), eləcə də Kiçik və Orta Sahibkarlıq Korporasiyasından olan həmkarlarla sıx əməkdaşlıq edirik, ortaq layihələrimiz mövcuddur. 2019-cu ildə Mahaçqalada (Dağıstan) biznes-forum təşkil etmişdik. Hazırda belə bir tədbirin Bakıda keçirilməsini planlaşdırırıq. Əminliklə deyə bilərəm ki, iki ölkənin kiçik və orta sahibkarlıqla bağlı əməkdaşlığı yüksək səviyyədədir”, - deyə O. Məmmədov qeyd edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 mar 2024, 12:15
Top