Argentina klubu tanınmış futbolçu ilə yollarını ayırdı

İDMAN 05 iyn 2021, 20:20
Argentinanın "Boka Xuniors" klubu futbolçusu Karlos Teves ilə yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu mətbuat konfransında məlumat verib.

O, artıq Buenos-Ayres təmsilçisində oynamayacağını bildirib: "Bu klubla vidalaşmayacağam, çünki həmişə "Boka Xuniors" azarkeşi olaraq qalacağam".

Qeyd edək ki, Karlos Teves 2001 - 2004, 2015-2016 və 2018-ci ildən bu vaxtadək "Boka Xuniors"un formasını geyinib. Təcrübəli forvard karyerası ərzində İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", İtaliyada isə "Yuventus" kimi klublarda çıxış edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top