"Formula 1": Azərbaycan Qran-prisində sıralama turunu Lekler qazandı — YENİLƏNİB

İDMAN 05 iyn 2021, 17:31
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi məlum olub.

Demokrat.az
xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə ikinci olub. Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

***16:03

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Demokrat.az
xəbər verir ki, yarış 16:00-dək davam edəcək.

Günün birinci yarısında "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq üçüncü sərbəst yürüşü ilk sırada bitirib. İyunun 4-də "Red Bull" pilotu Maks Ferstappen birinci, həmin komandanın digər üzvü Serxio Peres ikinci sərbəst yürüşdə lider olub.

Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top