"Formula 2": Bakıda ilk sprint yarışının qalibləri mükafatlandırıldı — YENİLƏNİB


İDMAN 05 iyn 2021, 12:35
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışının qalibləri mükafatlandırılıb.

Demokrat.az
xəbər verir ki, "Prema Racing" komandasından Robert Şvartsman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Carlin"dən Daniel Tiktum ikinci, "Uni-Virtuosi Racing"dən Quan Qjou üçüncü yeri tutub.

Saat 13:00-da "Formula 1" pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

***12:19

"Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışı başa çatıb.

Demokrat.az
xəbər verir ki, "Prema Racing" komandasından Robert Şvartsman bütün rəqiblərini qabaqlayıb.

Saat 13:00-da "Formula 1" pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.


***11:30

"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib.

Demokrat.az
xəbər verir ki, pilotlar ilk sprint yarışında mübarizəyə başlayıb.

Saat 13:00-da "Formula 1" pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq.

Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.




Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 12:52
Top