MŞ beynəlxalq media qurumlarına müraciət etdi


GÜNDƏM 04 iyn 2021, 16:18
Azərbaycan Mətbuat Şurasının adından beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb.

Demokrat.az xəbər verir ki, müraciətdə deyilir:

“2021-ci il iyun ayının 4-də Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Daha bir mülki şəxsin həlak olduğu, 4 nəfərin yaralandığı bu hadisə Azərbaycan jurnalistlərində dərin kədərə səbəb olub. İmzalanan üçtərəfli birgə bəyanatdan sonra erməni tərəfinin yerləşdirdiyi minalar səbəbindən 120 nəfər mina qurbanı var. Mina qurbanlarının sayı artmaqda davam edir. Minalanmış ərazilərin xəritələrinin verilməməsi jurnalist peşəsini də təhlükəyə çevirməkdədir. Ermənistan respublikası minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalistlərin fəaliyyətini məhdudlaşdırır, həm də məcburi köçkünlərin öz yurd yerlərinə geri dönməsini çətinləşdirir. Ermənistan bu xəritələri verməməklə özünün sülhə qarşı çıxan siyasətini davam etdirməkdədir. Onu da qeyd etməliyik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanılıb. Ermənistanın mina xəritələrini verməməsi xarici jurnalistlərin də həyatına təhlükədir. Çox istərdik ki, jurnalistika sahəsində fəaliyyət göstərən beynəlxalq nüfuzlu qurumlar bununla bağlı öz sərt reaksiyasını bildirsin. Azərbaycan jurnalistlərinin gözləntisi bundan ibarətdir. Bu müraciəti imzalamaqda məqsədimiz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə diqqət çəkməkdir. Bu çağırış missiyasına dəstək bölgədə sülhün, əmin-amanlığın yaradılmasına son dərəcə böyük töhfə oluna bilər”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 12:52
Top