Ərdoğan YAP nümayəndə heyətini qəbul edəcək


XARİCİ SİYASƏT 03 iyn 2021, 11:45
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat verilib.

Bildirilib ki, Türkiyə Prezidenti YAP nümayəndə heyətini AKP-nin mərkəzi qərargahında qəbul edəcək.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyl 2021, 19:28
Top