BDU-nun mətbəəsinin yenidənqurmadan sonra açılışı oldu — FOTO

SOSİAL 01 iyn 2021, 22:56
Bu gün Bakı Dövlət Universitetində (BDU) bp şirkətinin dəstəyi ilə yenidən qurulmuş mətbəənin açılış mərasimi keçirilib. Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev,  bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BDU və bp-nin əməkdaşları iştirak ediblər.

Bu barədə Demokrat.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Açılış mərasimində çıxış edən rektor Elçin Babayev BDU ilə Azərbaycanda elm və təhsilin inkişafına xüsusi diqqət və dəstək göstərən bp şirkəti arasında yüksək səviyyədə qurulmuş əməkdaşlıq əlaqələrindən, bu əməkdaşlıq çərçivəsində bp şirkətinin dəsətəyi ilə yenidən qurulmuş mətbəənin BDU nəşrlərinin müasir tələblərlə hazırlanması üçün yaratdığı imkanlar haqqında məlumat verib. Bildirib ki, 2019-cu ildən başlayaraq mətbənin ərazisində yenidənqurma işlərinə başlanılıb, ərazi tam təmir olunub, işçilərin iş şəraitinin yaxşılaşdırılması və əmək fəaliyyətinin səmərəliliyinin artırılması üçün tədbirlər görülüb. bp şirkətinin dəstəyi ilə mətbəədə ən müasir kompyuterlər, dəzgahlar, rəqəmsal çap avadanlıqları quraşdırılıb. Bu da BDU nəşrlərinin yüksək poliqrafik keyfiyyətlə çap olunmasına, professor-müəllim heyətinin elmi tədqiqatlarının nəticələrinin operativ və yüksək keyfiyyətlə nəşr edilməsinə şərait yaratmışdır.

bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək bp-nin ölkəmizin ən böyük ali təhsil müəsissəsi  olan BDU ilə əməkdaşlığa önəm verdiyini bildirmiş, bu əməkdaşlıq çərçivəsində yenidən qurulmuş mətbəədə müasir nəşriyyat və poliqrafiya avadanlıqların qurulmasını Universitet kollektivi üçün yeni imkanlar açdığını bildirmişdir. Qeyd etmişdir ki, Universitet müstəqil nəşriyyat-poliqrafiya mərkəzinə sahib olmaqla, mətbəədə müasir rəqəmsal avadanlıqların qurulması ilə professor-müəllim heyəti və tələbələri öz elmi-tədqiqat işlərini, məqalələrini, ümumiyyətlə bütün elmi-yaradıcılıq fəaliyyətlərinin nəticələrini burada nəşr edə biləcəklər. BDU-nun belə bir müasir nəşriyyat-poliqrafiya mərkəzinin olması bu təhsil ocağında elmi-tədqiqat və yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar açacaqdır.

Sonra mərasim iştirakşıları yenidən qurulmuş mətbəə ilə, avadanlıqlarla, rəqəmsal  çap prosesi ilə və çap olunan nəşrlərə tanış olublar.

Məlumat üçün bildirək ki, BDU-nun mətbəəsi BDU ilə bp Azerbaijan şirkəti arasında 2019-cu il 16 avqust tarixində imzalanmış əməkdaşlıq Sazişinə əsasən “BP Azerbaijan” şirkətinin dəstəyi ilə yenidən qurulmuşdur. Mətbəə nəşriyyat-redaksiya proseslərini, nəşrlərin poliqrafik icrasını yüksək səviyyədə həyata keçirməyə imkan verən ən müasir avadanlıqlarla təchiz edilmişdir.
Bir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər, standing, kostyum və içəridə şəkili ola bilər

Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər və standing şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top