“İrana qarşı sanksiyalar aparılmalıdır” — Netanyahu

DÜNYA 01 iyn 2021, 21:57
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım gələrsə, ABŞ ilə gərginliyi belə riskə alacaqlarını bildirib.
 
Demokrat.az
xəbər verir ki, bu barədə Netanyahu jurnalistlərin suallarını cavablandırarkən deyib
 
Onun sözlərinə görə, İsrailin üzləşdiyi ən böyük təhlükə İranın nüvə silahı əldə etməsidir, buna görə də İrana qarşı gizli əməliyyatlar aparılmalıdır.
 
Həmçinin qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı fikirlərini ABŞ prezidenti Co Baydenə çatdırıb:
 
“Bunu 40 ildir dostum olan Co Baydenə dedim. Razılıq olsun, ya olmasın. İranın nüvə silahının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Dostumuz Amerika Birləşmiş Ştatları da ümid edirik, bu işdə bizə yardımçı olacaq”. /modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top