Sabahın hava proqnozu


SOSİAL 01 iyn 2021, 22:10
İyunun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyl 2021, 19:28
Top