Yunanıstan mediasında Respublika Günündən bəhs olundu

DİASPOR 30 may 2021, 22:07
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə Yunanıstanın https://www.karfitsa.gr/ xəbər saytında Respublika Günü ilə bağlı məqalə yayımlanıb.
 
Bu barədə Demokrat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məqalədə qeyd edilir ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
 
Müəllif bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisidir. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. 
 
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq olar:
https://www.karfitsa.gr/qala-h-28i-maiou-fetos-simatodotei-tin-103i-epeteio-apo-tin-idrysi-tis-laikis-dimokratias-tou-azerbaitzan/

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top