Konqoda daha bir vulkan püskürdü

DÜNYA 29 may 2021, 19:33
Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhəri yaxınlığında Murara vulkanının püskürməsi başlayıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə bildirən hökumət sözçüsü Patrik Muyaya vulkanın şəhərin 25 kilometr şimalında məskənsiz bölgədə yerləşdiyini deyib.

Həmin bölgənin yerləşdiyi təbiət qoruğu ərazisində ciddi mühafizə olunan dağlı qorillaların dünyadakı sayının dörddə biri yaşayır.

Hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində hələ srağagün 400 minədək sakin təhlükəsiz bölgəyə təxliyyə olunub.

Xatırladaq ki, ötən şənbə günü yaxınlıqdakı Nyiraqonqo vulkanının püskürməsi nəticəsində 34 nəfər ölmüş, 20 minədək sakin evsiz-eşiksiz qalmışdı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top