Şimali Koreyada koronavirusa görə pişiklər və göyərçinlər məhv edilir

DÜNYA 29 may 2021, 18:41
Şimali Koreya hökuməti COVID-19 virusuna qarşı mübarizə çərçivəsində Çin sərhədi boyu əhaliyə pişikləri və göyərçinləri məhv etmək göstərişi verib.

“Report” “Daily NK”ə istinadən xəbər verir ki, hökumətin fikrincə, həmin heyvanlar qonşu ölkədən koronavirusu yayır. Belə ki, koronavirus daşıyıcısı olan siçovulları ovlayıb yeyən pişiklər özləri də yoluxmanı yayır.

Bu göstərişdən sonra sərhədin Koreya tərəfində sakinlərin sərhəd üzərində uçan quşları atəşə tutduğu, həmçinin həm pişiklərin, həm də onların sahiblərinin hədəfə alındığı bildirilir. Belə ki, mayın 22-də Yanqqanq əyaləti Hyesanq şəhəri yaxınlığında sərhədçilər bir pişiyi görüb tutmaq istəyiblər, amma bacarmayıblar. Pişik şəhərə doğru qaçıb və aidiyyəti qurumlar onun bir ailəyə məxsus olduğunu öyrənib həmin ailəni 20 günlük karantinə yerləşdirməklə pişiyi onlardan alıb. Həmin ailə daha əvvəl yoxlama tədbirləri zamanı pişiyin öldüyünü bildirmişdi.

Mənbəyə görə, sakinlərin xeyli hissəsi heyvanlara qarşı bu cür tədbirlərdən narazıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top