Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

HADİSƏ 29 may 2021, 12:37
Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

Demokrat.az xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top