"Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün hər cür vasitədən istifadə edə bilər" — Ermənistana XƏBƏRDARLIQ

GÜNDƏM 28 may 2021, 13:42
"Azərbaycan beynəlxalq hüquq normalarına əməl edir və 10 noyabr bəyanatının maddələrinin yerinə yetirilməsinə tam sadiqdir. Məsələnin geri qalan hissəsi Ermənistanın üzərinə düşür. Onlar bəyanata görə üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər və Zəngəzur dəhlizi açılmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Zəngəzur dəhlizinin açılması ilə bağlı danışarkən deyib.

O, bildirib ki, bu dəhlizin açılması Ermənistanın borcudur və bunun üçün Azərbaycan əlavə addımlar atmağa ehtiyac duymamalıdır:

"Azərbaycan Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olmaması üçün əlavə işlər görməməlidir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını strateji məqsəd kimi qarşına qoyub. Bu dəhliz gec-tez işə salınmalıdır. Ermənistan Zəngəzur dəhlizinin açılmasından boyun qaçıra bilməz. Laçın dəhlizinin işə salınması da 10 noyabr bəyanatında yer alır. Azərbaycan təmkinli davranaraq, hələ ki, bu dəhlizin açıq olmasına və sülhməramlıların orda yerləşdirilməsinə razı olub. Lakin bu o demək deyil ki, proses əbədi olacaq, yaxud biz buna göz yumacağıq".



Politoloq bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün hər cür vasitədən istifadə edə bilər: 

"İndi Ermənistan müxtəlif təxribatlara əl atır, bununla nəyəsə nail olacağını düşünür. Bu, Ermənistanın öz problemidir. Onun bu hərəkətləri bizim məqsədimizə və rəsmi sənədlərə təsir edə bilməz. Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq və bunu mümkün olan bütün üsullardan istifadə edərək həyata keçirə bilər. Bunun həm diplomatik, həm də hərbi-siyasi, güc yolu ilə baş tutması istisna deyil".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top