10 iyundan bu qaydaları pozan şəxslər 400 manat cərimə olunacaq — VİDEO

SOSİAL 28 may 2021, 10:40
"10 iyundan fəaliyyətinə icazə verilən idman sağlamlıq mərkəzləri və su hovuzlarından düzgün istifadə etməyənlər cərimə olunacaqlar".

Bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Məlumat üçün bildirək ki, Operativ Qərargahın elan etdiyi qaydalara əsasən, sözügedən tarixdən etibarən idman zalları və su hovuzlarından COVID-19 pasportu olanlar, yəni vaksinasiyadan keçənlər və ya immunitet sənədi olanlar istifadə edə biləcəklər.

Elşad Hacıyevin sözlərinə görə, bununla bağlı obyekt sahiblərinə və idmançılara ciddi xəbərdarlıq edilib.

Elşad Hacıyev deyib ki, məqsəd vətəndaşları cərimə etmək yox, pandemiya qaydalarına ciddi əməl edilməsini təmin etməkdir. Sözügedən obyektlərə ərazi üzrə polis və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət edəcək. Aşkar edilən bütün faktlar dərhal rəsmiləşdiriləcək.

Xatırladaq ki, bu qaydaları pozan fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top