Bakı Şəhər Halqasından sürücülərə MÜRACİƏT

SOSİAL 27 may 2021, 22:28
Bu il 4-6 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri sürətlə davam edir.

Bu barədə Modern.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən daxil olan məlumada deyilir.
 
"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəkildə qeyd olunan ərazidə görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.
 
Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik" - deyə BŞH-dən bildirilib.

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top