Nigar Camaldan partiya sədrinə: “Ell və Nikki, yoxsa Eliş - Nikki?”

ŞOU-BİZNES 27 may 2021, 10:40
Ağ Partiya başqanı Tural Abbaslı "musavat.com"a açıqlamasında "Evrovision" qalibləri Nigar Camal və Eldar Qasımova irad bildirib. O deyib ki, Nigar özünə Niki, Eldar isə El deyir: "Öz milli adlarını səsləndirməyə belə özlərinə sığışdırmırlar".

Demokrat.az xəbər verir ki, T.Abbaslının sözügedən fikirlərindən sonra N.Camal İnstaqramda paylaşım edib. Sənətçi Eldar və aktyor Cabir İmanovla  fotosunu paylaşaraq bunları yazıb:

"Ell və Nikki, ya Eliş və Nikki?".

Eldar isə həmin paylaşıma bir komment əlavə edib:

"Məncə, Nicar Jamalzadə".(sherg.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top