Azərbaycanda əhalinin 12 %-i vaksinasiya olunub

SOSİAL 27 may 2021, 10:27
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya ilə bağlı yeni statistika açıqlanıb.

Demokrat.az xəbər verir ki, indiyədək ölkə əhalisinin 12 %-i peyvənd olunub.

Əhalinin 88 %-i isə hələ vaksinasiyadan keçməyib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 055 986, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 871 206 nəfər təşkil edir.

Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən əhalinin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabınadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top