YapiKredi Müraciət Forması
Gündəm

Azərbaycanlı deputat kredit təşkilatındakı payının bir hissəsini satdı

Azərbaycanlı deputat kredit təşkilatındakı payının bir hissəsini satdı

"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq olaraq 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasov və Məşhur Məmmədov (Milli Məclisin üzvü) paylarının bir hissəsini yeni səhmdara satıb.

Demokrat.az xəbər verir ki, söhbət Tamara Polyakovadan gedir.

O, BOKT-un səhmlərinin 14%-ni əldə edib. Son nəticədə mövcud səhmdarların payı müvafiq olaraq 51%-ə və 35%-ə düşüb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.(report.az)

D
demokrat.az