Vətən Müharibəsində xüsusi xidmətləri olmuş həkimlərimizin mükafatlandırılması mərasimi keçirildi — FOTOLAR

SOSİAL 26 may 2021, 09:32
Mayın 25-də Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və FMG groupun dəstəyilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğurunda fədakarcasına döyüşmüş Vətən müharibəsi əlilləri və iştirakçılarına tibbi xidmət göstərmiş  həkimlərimizə mənəvi dəstək  olmaq məqsədi ilə tədbir keçirildi.  

Tədbirdə Millət vəkilləri, İcra kakimiyəti rəsmiləri, TƏBİBİN nümayəndələri Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri, tanınmış ictimaiət nümayəndələri, KİV təmsilçiləri, həkimlər, Şəhid ailələri və Qazilər iştirak edərək çıxış etdilər. 

Çıxış edənlərin hər biri 44 günlük Vətən müharibəsində Vətən müharibəsi Əlilləri və iştirakçılarına tibbi xidmət göstərmiş həkimlərimizin peşəkar və vətənpərvərliklə dolu fədakar fəaliyyətlərindən danışdı. 

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuat açıqlama verərək qeyd etdi ki, 44 günlük haqq savaşında tibbi xidmət zamanı xüsusi fədakarlıq nümunəsi göstərmiş həkimlərimizə mənəvi dəstək və stimul vermək məqsədi ilə bir çox həkimlərimizin mükafatlandırılması ilə bağlı tədbir təşkil ediblər. İcraçı direktor onu da bildirdi ki,  bu cür mənəvi dəstək ruhlu tədbirləri həyata keçirməkdə əsas məqsəd Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə diqqət və qayğı ilə yanaşı  tibbi xidmət göstərən həkimlərlə bağlı həyata keçirdikləri  uğurlu işlərə ictimai dəstək olmaq, vətəndaş  cəmiyyəti töhvəsini verməkdir.

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top