Karantin rejimi nə vaxt aradan qaldırılacaq?

SOSİAL 26 may 2021, 08:56
"Operativ Qərargahın yumşalmalarla bağlı qərarı tamamilə doğru addımdır".

Bunu həkim-infeksionist Azər Nağıyev deyib.
 
İnfeksionist bildirib ki, COVİD pasportlarının tətbiqi vaksinləşməni sürətləndirəcək: "Yumşalmalara getmək - Metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatdı, qaydaları unudaq, riayət etməyək. Pandemiya hələ bitməyib, onun bitməsi üçün kollektiv immunitet olmalıdır. Kollektiv immunitet də dəfələrlə deyilib ki, heç olmasa əhalinin 60-70%-i ya peyvəndlənməli, ya da xəstəliyi keçirtməlidir. Bizdə o rəqəmlər hələ kollektiv immunitetin yarandığını göstərmir. Ona görə də hələ pandemiya bitmiş hesab olunmur. Sadəcə xəstəliyin azalması, çarpayı ehtiyyatlarının kifayət qədər olması, peyvəndləmənin müəyyən sürətlə aparılması, yay mövsümünü və s., bunların hamısını nəzərə alaraq gələcəkdə COVİD-ə yoluxanların sayının artmaması üçün məhz metronun açılması, ictimai nəqliyyatın həm rayonlararası, həm şəhərlərarası tam gücü ilə işləməsi xəstəliyin yayılmasına yox, əksinə qarşısını alacaq.

Amma qapalı məkanlarda mütləq maska geyinilməlidir və mən hətta düşünürəm ki, bu qayda bütün yay mövsümü üçün qüvvədə qalacaq. Mən bir infeksionist kimi belə düşünürəm və qalması tövsiyyə olunur. Ara məsafəsi qorunmalıdır, əllərin gigiyenasına riayət olunmalıdır. Yəni, 3 qızıl qayda qüvvəsini saxlamalıdır. Sadəcə açıq məkanda maskadan istifadəyə ehtiyac qalmır, maskasız halda açıq havada insanların sağlamlığına daha müsbət təsir edir.

COVİD pasportlara gəlincə isə, bu proses vaksinləşməni sürətləndirəcək və bu yolla vaksinasiya olunanların sayə sürətlə artacaq. Proseslərin bu cür davamı isə tez bir zamanda kollektiv immunitet səviyyəsinin artmasına və digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Bu qərar təkcə bizdə yox, Avropada, bizə yaxşı tanış olan İsraildə də bir neçə gün bundan qabaq verildi. Əsas məqsəd insanları kütləvi şəildə peyvəndləməyə cəlb etməkdir".(milli.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top