Gələn aydan "Lider TV"nin yayımı dayandırılır — RƏSMİ

SOSİAL 24 may 2021, 15:39
"Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının mayın 24-də keçirilən iclasında bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top