Deputat: "İnformasiya cəbhəsində də qələbə qazanmağımızın əsas səbəbkarı Ali Baş Komandan İlham Əliyevdir"

GÜNDƏM 24 may 2021, 15:26
"Əgər biz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istəyiriksə, informasiya cəbhəsində uğurla mübarizə aparmalıyıq. Vətən müharibəsi zamanı döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də qələbə qazanmağımızın əsas səbəbkarı Ali Baş Komandan İlham Əliyev olub".

Bunu Pravda.az-a açıqlaması zamanı Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, informasiya müharibəsindəki qələbənin əsasını məhz Ali Baş Komandanın dünya mediasına verdiyi müsahibələr, etdiyi çıxışlar, debatlardakı nitqləri təşkil edib: "Müharibə hər zaman təkcə döyüş meydanında getmir. Müharibə tərəflərdən birinin qələbəsi ilə başa satsa da, informasiya müharibəsi hər zaman davam edir. Əgər biz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istəyiriksə, informasiya cəbhəsində uğurla mübarizə aparmalıyıq. Vətən müharibəsi zamanı döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də qələbə qazanmağımızın əsas səbəbkarı Ali Baş Komandan İlham Əliyev olub. Prezidentin dünyanın ən nüfuzlu media orqanlarına müsahibə verərkən sualları məhz real vəziyyəti dəyərləndirərək cavablandırması Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox əhəmiyyətli idi. Bəzən məqsədli şəkildə ünvanlanan suallar zamanı belə cənab Prezident jurnalistlərin öz siyasi məkanlarında baş vərən reallıqları onlara xatırladaraq cavablandırırdı. Təbii ki, bütün bunlar birbaşa olaraq İlham Əliyevin dünya tarixini dərindən bilməsi və Azərbaycanın reallıqlarını düzgün dəyərləndirməsi ilə bağlı idi. O, hər zaman bildirirdi ki, qalib gəlmək üçün tarixi yaxşı bilmək və informasiya cəbhəsində də qətiyyətli mübarizə aparmaq olduqca vacibdir. Eyni zamanda, ADA Universitetində təşkil edilən konfrans zamanı da Prezident İlham Əliyev bütün jurnalistlərin suallarını uzun müddət ərzində yorulmadan, heç kimin sözünü, sualını kəsmədən ətraflı cavablandırmışdı. Qısacası, möhtərəm Prezidentin bütün suallara mahiyyəti üzrə aydınlıq gətirməsi Ermənistanı informasiya cəbhəsində də məğlub etmək üçün zəmin yaratdı".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top