Azərbaycanda polis vətəndaşın itirdiyi pul kisəsini taparaq özünə qaytardı


SOSİAL 24 may 2021, 14:47
Saatlıda polis əməkdaşları rayon ərazisində vətəndaşın itirdiyi pul kisəsini taparaq özünə qaytarıblar.

DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata gorə, Saatlı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları, polis serjantları Samir Cahangirov və İbadət Abdullayev rayon ərazisində xidmət aparan zaman içərisində sənədlər, qızıl-zinət əşyaları, pul və plastik kartlar olan pul kisəsi aşkarlayıblar.

Polis əməkdaşları dərhal pul kisəsini RPŞ-nin Növbətçi Hissəsinə təqdim ediblər və həmin əşyaların sahibinin tapılması istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilib. 

Qısa müddət ərzində həmin pul kisəsinin rayonun Heydərabad kənd sakini S.Abasovaya məxsus olduğu müəyyən edilib və həmin xanım RPŞ-nə dəvət olunaraq şəxsi əşyaları ona təqdim olunub.

Pul kisəsini təhvil alan zaman həmin xanım başına gələn hadisə ilə bağlı həyacan keçirdiyini, lakin vətəninə şərəflə xidmət edən polis əməkdaşlarının ona məxsus əşya və pulları taparaq qaytardıqlarına görə çox sevindiyini bildirib. S.Abasova Azərbaycan polisinə öz təşəkkürünü çatdırıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top