Ötən il COVID-19-la mübarizəyə xərclənən vəsaitin məbləği açıqlandı

SOSİAL 24 may 2021, 11:32
Ötən il Azərbaycanda dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə 1 390,6 milyon manat vəsait ayrılıb, həmin vəsaitin 1 334,1 milyon manatı tam istifadə olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə həmçinin deyilir ki, iqtisadi dəstək tədbirləri üzrə büdcə və digər mənbələr hesabına 2,5 milyard manat vəsait səfərbər edilib. Aparılan qabaqlayıcı tədbirlər hesabına ölkə iqtisadiyyatında gözlənilən tənəzzülün qarşısını tam almaq mümkün olmasa da, onun daha geniş miqyasda baş verməsinin qarşısının alınmasına nail olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top