Türkiyəli mütəxəssislər Qarabağdakı tarixi abidələrin restavrasiyasında iştirak edəcək

QARABAĞ 23 may 2021, 23:21
“Düşünürəm ki, qardaş Azərbaycan işğaldan azad etdiyi ərazilərdə real turizm potensialını yaxşı dəyərləndirəcək”.

Bunu “Report”un yerli bürosuna eksklüziv müsahibəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirliyin baş idarələri və qurumun nəzdində fəaliyyət göstərən TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) əməkdaşları bir neçə həftəyə mədəni-tarixi və arxeoloji yerlərin, abidələrin və xüsusi nöqtələrin restavrasiyası üçün Azərbaycanın işğaldan azad edilən ərazilərinə ezam olunacaq və azərbaycanlı mütəxəssislərlə birlikdə fəaliyyət göstərəcəklər.

“Son illərdə, Azərbaycanda turizm sahəsində inkişafı açıq-aydın şəkildə nəzərə çarpmaqdadır. Digər tərəfdən biz də, Azərbaycanın Qarabağdaki bu cür yüksək turizm potensialını ən əlverişli formada dəyərləndirməsi üçün hər zaman dəstək olacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top