Gürcüstanda azərbaycanlı gənci kütləvi davada öldürdülər


HADİSƏ 23 may 2021, 13:01
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
19 sen 2021, 08:30
Top