Qazaxda əməliyyat keçirildi

KRİMİNAL 23 may 2021, 08:45
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib, saxlamaqda şübhəli bilən rayon sakini Rəşad Əsgərov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
Top