ANAMA qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan etdi


SOSİAL 21 may 2021, 18:40

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq Minatəmizləmə Standardlarına və bu sahəyə aid dünya təcrübəsinə əsaslanaraq 40 yaşa qədər olan xanımları “Qadın minaaxtaran” vəzifəsinə işə qəbulunu elan edib.

Bu barədə Demokrat.az-a ANAMA-dan məlumat verilib.

İlkin mərhələdə lazım olacaq sənədlər:

1. Agentliyin blankı doldurulmalı. (blank forması endir)
2. Sağlamlıq haqqında arayış
3. Tərcümeyi hal (əl yazması)
4. Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)
5. Hərbi biletin surəti, əgər varsa(Yazılı olan səhifələr)
6. Diplomlar, Attestasiya və ya sertifikatlar
7. Foto - 4 ədəd 3x4 və 4 ədəd 4x6
8. DİN-dən Məhkumluq haqqında arayış

Xahiş edirik, yuxarıda qeyd olunmuş sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda [email protected] ünvanına göndərəsiniz.
Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42

2. Kişilər arasında 40 yaşına qədər minaaxtaran vəzifəsinə yığım davam edir.

İlkin mərhələdə lazım olacaq sənədlər:

1. Agentliyin blankı doldurulmalı. (blank forması endir)
2. Tərcümeyi hal (əl yazması)
3. Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)
4. Hərbi biletin surəti (Yazılı olan səhifələr)
5. Diplomlar, Attestasiya və ya sertifikatlar
6. Foto - 4 ədəd 3x4 və 4 ədəd 4x6
7. DİN-Məhkumluq haqqında arayış

Xahiş edirik, yuxarıda qeyd olunmuş sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda [email protected] ünvanına göndərəsiniz.

Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42

3. Həkimlərin işə qəbulu ilə bağlı Elan

İşğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

- həkim-terapevt
- təcili yardım üzrə həkim
- həkim-anestezioloq-reanimatoloq
- həkim-travmatoloq-ortoped
- həkim-ümumi cərrah

Tələb olunan sənədlər:

1.Ərizə
2.Şəxsiyyət vəsiqəsi
3.Təhsil haqqında diplom
4.İnternatura vəsiqəsi
5.Sertifikasiya şəhadətnaməsi
6.Əmək kitabçası

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top