“Azəriqaz” rəhbərliyi vətəndaş qəbulu keçirdi — FOTOLAR

SOSİAL 21 may 2021, 17:20
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ağdam rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Tərtər rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Füzuli rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Demokrat.az xəbər verir ki, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Tərtər Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına müvafiq tapşırıqlarını veriblər.

Baş direktor onlayn görüşdə diqqətə çatdırıb ki, artıq bir çox şəhər və rayonlarda genişlənmiş ərazilərdə paylayıcı qaz xətləri çəkilir. Bu isə yeni tikilən fərdi yaşayış evlərinin qaz təminatı üçün əlverişli haldır. R.Əliyev bildirib ki, bu işlər əksər hallarda vətəndaşlardan daxil olan müraciətlər əsasında həyata keçirilir.

Onu da qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün “Facebook” sosial şəbəkəsi üzərindən növbəti birbaşa yayımı da təşkil edib. Vətəndaşlardan gələn müraciətlər cavablandırılıb, bir qismi isə araşdırılması üçün qeydiyyata götürülüb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top