Ordumuz Zəngəzurda daha 1,5 kilometr irəlilədi

GÜNDƏM 21 may 2021, 14:05
Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib.

Demokrat.az xəbər verir ki, irəliləmə Xoznavar kəndi istiqamətində qeydə alınıb.

Laçın və Gorus rayonlarının sərhədində yerləşən kənd Qaragölə yaxın ərazidədir.

Kəndin rəhbəri Varo Qriqoryan sərhəd danışıqlarının davam etdirildiyini söyləyib.

“Azərbaycanlılar dünən axşam 6-da mövqelərini irəli çəkib. Onlar 1,5 kilometr irəliləyiblər. Hazırda kənddən 2,5 kilometr uzaqlıqda mövqe qurublar”-deyə Qriqoryan bildirib.

Xatırladaq ki, hazırda Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prsesinin başlanıldığı müzakirə olunur.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top