Bu şəxs ömürlük azadlıqdan məhrum edildi — SƏBƏB

KRİMİNAL 21 may 2021, 13:26
Bakıda 88 yaşlı nənəsini və 61 yaşlı bibisini qətlə yetirməkdə təqsirləndirilən Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Mustafayev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. S. Mustafayev nənəsi, 1932-ci il təvəllüdlü Simuzər Cavadova və bibisi, 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top