Politoloq: "Azərbaycan Zəngəzura sahiblənərsə, İranın Ermənistanla sərhədi olmayacaq"

GÜNDƏM 20 may 2021, 15:48
"Azərbaycan nə zamansa Zəngəzura sahiblənsə bu o demək olacaq ki, İranın Ermənistanla sərhəddi olmayacaq. Bu perspektivi isə İrandakı dairələr qəbul etmək istəmir."

Bunu Avropa.info-ya açıqlamasında Atlas Araşdırmalar Mərkəəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq son günlər İrandan Azərbaycana qarşı edilən açıqlamalara münasibət bildirib.

"Tehranın narahatlığının səbəbi bəllidir. Başda Azərbaycan prezidenti olmaqla Azərbaycan cəmiyyətində Zəngəzurla bağlı fikirlər genişlənir. Bu isə İranın hakimiyyət dairələrini narahat edir. Çünki Azərbaycan nə zamansa Zəngəzura sahiblənsə bu o demək olacaq ki, İranın Ermənistanla sərhəddi olmayacaq. Bu perspektivi isə İrandakı dairələr qəbul etmək istəmir, deputatlar “sərhədlər dəyişdirilə bilməz” deyir, iranlı generallar İrəvana gedirlər. Halbuki, Ermənistan sərhədləri dəyişdirib Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlayanda cənubdan buna etiraz yox idi. Ona görə İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq", deyə Elxan Şahinoğlu qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top