"Şuşanın qaytarılmasıyla bağlı Rusiya generalları ilə görüşüm olmuşdu, amma…" — Ayaz Mütəllibov


SİYASƏT 19 may 2021, 23:46
“1992-ci il mayın 12-də Mütəllibovun doğum gününü bəhanə edib onun özü ilə görüşən Rusiya generalları müəyyən olunmuş məbləğ müqabilində Şuşanı geri qaytaracaqlarına söz vermişdilər…”

Xəbər verdiyimiz kimi, 1990-cı illərin əvvəllərində Azərbaycan parlamentinin üzvü olmuş politoloq Cümşüd Nuriyev açıqlamasında o dövrdə ölkəmizdəki Rusiya generalitetinin eks-prezident Ayaz Mütəllibovun hakimiyyətdə qalacağı təqdirdə  1992-ci il  martın 8-də Xocalının, mayın 15-də isə Şuşanın qaytarılacağı haqda razılığa gəlməsi barədə danışıb.  Politoloqun Xocalının azad olunması ilə bağlı görülmüş işlər haqqındakı məlumatlarını təqdim etsək də, Şuşa haqda söylədiklərini sabiq dövlət başçısı Ayaz Mütəllibovun özü ilə dəqiqləşdirmək qərarına gəldik. Belə ki, Cümşüd Nuriyevin sözlərinə görə, Şuşanın işğalından cəmi 4 gün sonra - 1992-ci il mayın 12-də Mütəllibovun doğum gününü bəhanə edib onun özü ilə görüşən Rusiya generalları müəyyən olunmuş məbləğ müqabilində Şuşanı erməni birləşmələrindən təmizləyərək geri qaytaracaqlarına söz veriblər... 
 
Azərbaycan Respublikasının 1-ci Prezidenti Ayaz Mütəllibov məsələ ilə bağlı Moderator.az-ın suallarına cavabında bunları söyləyib: 

“Qarabağ müharibəsinin getdiyi dövrdə belə təşəbbüslər olurdu. O vaxt bir dövlət başçısı olaraq Cümşüd Nuriyev kimi vətənpərvər insanların torpaqlarımızın azadlığı və müdafiəsi naminə bu cür təşəbbüslərinin qarşısını almırdım. Əksinə, şərait yaradırdıq ki, işlərini görsünlər. Təbii ki, müvafiq qurumların nəzarəti altında... Bu cür işlərin alınıb-alınmaması isə onların öz bacarıq və səylərindən, eləcə də bəzi daxili və xarici amillərdən asılı olurdu.  Bəli, Xocalının da, Şuşanın da azad olunması ilə də bağlı Rusiyanın Azərbaycandakı ordusunun komandanlığıyla əlaqəli müəyyən işlər görülürdü. Konkret tarix və məkanlar xatirimdə deyil. Ancaq yüksək rütbəli  Rusiya hərbçilərinin mənimlə də bir neçə belə görüşləri olmuşdu. Onlar Xocalının və Şuşanın erməni birləşmələrindən təmizlənməsiylə bağlı konkret söz vermişdilər. Və təbii ki,  onların müəyyən maraqları müqabilində bu vədlərinin səmimiyyətinə də inanırdıq. Sadəcə,  hakimiyyətə can atan məlum qüvvələr torpaqlarımızın azad olunmasına imkan vermədi...”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyn 2021, 13:46
Top