Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Qarabağdakı son prosesləri müzakirə etdilər — YENİLƏNİB

QARABAĞ 19 may 2021, 15:19
Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun telefon danışığına dair məlumat yayıb.

Demokrat.az
xəbər verir ki, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.

***12:42

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Qarabağdakı son proseslər müzakirə olunub. Nazirlər eyni zamanda, Fələstindəki hazırkı durumla bağlı fikir mübadiləsi aparıblar.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top