Ötən gün COVID-19 aşkarlanan şagird və müəllimlərin sayı açıqlandı

SOSİAL 18 may 2021, 18:54
Ötən gün ərzində Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində COVID-19-a yoluxan 1 şagird və 1 heyət üzvü aşkar edilib, 2 şagirdin isə hərarəti yüksək olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onların heç biri məktəbdə olmayıb.

Gəncə şəhərində ötən gün 1 şagirdin yüksək hərarəti olub, COVID-19 virusuna yoluxma halı baş verməyib.

Şəki şəhəri və Abşeron rayonunda ötən gün ərzində yüksək hərarəti olan şagird və ya heyət aşkarlanmayıb, COVID-19 virusuna yoluxma halı olmayıb: "Hərarəti yüksək olan şəxslər təhsil müəssisəsinə buraxılmayıb və barələrində yerli poliklinikalara məlumat verilib".

Qeyd edək ki, mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top