Ermənilər ŞOKDA: “Biz iki müharibə görmüşük, ancaq heç vaxt belə vəziyyətə düşməmişik”

QARABAĞ 17 may 2021, 14:18
Ermənistanın Geqarkunik bölgəsinin sərhəd kəndi olan KUT-un administrasiya rəhbəri Sima Çitcyan vəziyyətin əvvəlki kimi qaldığını deyib.

Demokrat.az “News.am” saytına istinadən xəbər verir ki, Kut kəndinin administrasiya rəhbəri bildirib ki, azərbaycanlılar yüksəklikdə oturublar, ermənilər isə aşağıdadırlar:

“Yalnız məktəb deyil, evlər də hədəfdədir. Hətta kənd administrasiyasının binası da düşmənin nişangahındadır. Bəlkə də dərslər təxirə salınacaq, amma uşaqlar kənddədirlər”.

Sima Çitcyan otlaqların düşmənin yerləşdiyi yerdən çox uzaqda olmadığını da bildirib: “Mal-qaranı otlaqlara aparmaq təhlükəsiz deyil. İki müharibə gördük, amma heç vaxt bənzər bir vəziyyətə düşmədik”.(Konkret.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top