““Jak Şirak qudurub” deyən Şamil Qurbanovu infarkt etdilər, indi də Makronun qohum-əqrabası...” — Deputat

SOSİAL 16 may 2021, 19:56
“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlə həmrəydir və belə də qalacaq",-deyə Makron yazıb.
 
Fransa Prezidenti Emmanüel Makron rəsmi “Facebook” səhifəsində erməni dilindəki bu paylaşımı Azərbaycanda ciddi etiraza səbəb olub.
 
Cebhe.info-ya açıqlamasında deputat Aqil Abbas deyib ki, bütün dünya Avropa başda olmaqla türklərə qarşı düşmənçilik siyasəti aparır:
 
“Gözləri nə vaxtsa Osmanlıdan qorxub. Fransa da bu ölkələrin önündə gedir. Ermənilərlə fransızların arası daha yaxşıdır, doğmadılar. O vaxt deputat Şamil Qurbanov parlamentin iclasında demişdi ki, Jak Şirak qudurub. Jak Şirakın Bakıda yaşayan qohum-əqrabası kişini necə “tərlətdilərsə” infarkt oldu, öldü. İndi yenə deyirik, Makronun Bakıda o qədər qohum-əqrabası var ki, yenə onlar quduracaqlar”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top