Paşinyanın müavinini ələ saldılar: “Qaragölə yox, bataqlığa getmisən”

DÜNYA 16 may 2021, 17:00
Azərbaycan-Ermənistan sərhədində yerləşən Qara gölün erməni ordusunun nəzarətində olduğunu iddia edən baş nazirin müavini Tiqran Avinyan ələ salınıb.

Demokrat.az xəbər verir ki, Avinyan Qara gölün ətrafının Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olduğunu iddia edib.

Baş nazirin müavini Feysbukda bir su hövzəsi fonunda çəkdirdiyi fotoşəkil yayımlayıb. O, bu fotonun Qara göldə çəkildiyini iddia edib.

Erməni jurnalist Naira Oxikyan fotonun Qara göl yaxınlığında çəkildiyinə şübhə etdiyini bildirərək Avinyanın ora yox, daha kiçik Qaz gölünə getdiyini yazıb. Bu ərazi, Oxikyana görə, erməni qoşunlarının nəzarəti altındadır, lakin Azərbaycan qoşunlarının mövqelərindən çox uzaqdır.

Sosial şəbəkənin erməni seqmentində də, Tiqran Avinyanın Qara göldə yox, bir bataqlıqda foto çəkdirdiyini də iddia edib. /teleqraf.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top