Sərhəddə atışma zamanı həlak olan digər şəhidimizlə vida mərasimi keçirilir - FOTO


SOSİAL 16 may 2021, 12:16
Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan kiçik giziri Alimov Fərid Elçin oğlu ilə vida mərasimi keçirilir.

Şəhidin cənazəsi Quba rayonunun Yeni Güləzi kəndində ailəsinin yaşadığı evə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid Yeni Güləzi kəndindəki qəbiristanlıqda dəfn olunacaq.

F. Alimov evli idi, bir azyaşlı qızı yadigar qalıb.

Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.



















 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top