Doqquz il əvvəl avtoqəzada ölən şəxsin yaxınları axtarılır — FOTO

SOSİAL 16 may 2021, 20:13
Tovuzda 9 il əvvəl ölən piyadanın yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü kilometrliyində avtomobil naməlum piyadanı vurub, piyada aldığı xəsarətdən Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top